Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
83
84
85
86
87
88
89
90
91
92
93
94
. . .
150
qeri
▼
-1
[font9]
+1
▲
ZƏBUR 89 [Azerbaycan]
Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam, Sənin sədaqətini dilim hər nəslə deyəcək.
Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır.
Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm, Qulum Davud üçün belə and içmişəm:
“Mən nəslini əbədi sarsılmaz edəcəyəm, Sülaləni taxtında sonsuzadək yaşadacağam”». Sela
Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin, Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin.
Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı?
Müqəddəslər məclisində Allah çox zəhmlidir, Ətrafında olanların hamısından O heybətlidir.
Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb.
Sən qabaran dənizə hökm edirsən, Aşıb-daşan dalğaları yatırırsan.
Sən Rahavı əzib leşini çıxartdın, Qüvvətli qolunla düşmənləri dağıtdın.
Göylər Sənin, yer üzü Sənin, Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan.
Sən şimalı, cənubu yaratmısan, Tavor və Xermon adına mədh oxuyur.
Qolun nə qədər qüvvətlidir, Sağ əlin ucadır, əllərin qüdrətlidir!
Salehlik və ədalət taxtının təməlidir, Məhəbbət və sədaqət önündə gedir!
Bayram şənliyində olan xalq nə bəxtiyardır! Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər.
İsminə görə daim sevinirlər, Salehliyinə görə şərəfə çatırlar.
Onların ehtişamı, qüvvəti Sənsən. Sənin lütfündən gücümüz artır.
Çünki sipərimiz Rəbdəndir, Padşahımız İsrailin Müqəddəsidir.
Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim.
Qulum Davudu tapdım, Müqəddəs yağımla onu məsh etdim.
Əlim daim onu möhkəmləndirəcək, Qolum ona qüvvət verəcək!
Düşmən ona qalib gələ bilməz, Fitnəkarlar ona zülm edə bilməz.
Qarşısındakı düşmənləri qıracağam, Ona nifrət edənləri vuracağam.
Yanında sədaqətim, məhəbbətim olacaq, Gücü ismimlə artacaq.
Dənizlərə əlini, Çaylara sağ əlini çatdıracağam.
Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, Məni xilas edən Qaya Sənsən!”
Mən də ilk oğul haqqını ona verəcəyəm, Onu yer üzünün ən uca padşahı edəcəyəm.
Ona daim məhəbbətimi göstərəcəyəm, Sadiq qalıb əhdimi pozmayacağam.
Onun nəslini əbədi yaşadacağam, Göylər durduqca taxtını saxlayacağam.
Övladları qanunumu atsalar, Hökmlərimə görə yaşamasalar,
Qaydalarımı pozsalar, Əmrlərimə əməl etməsələr,
Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam, Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm.
Amma yenə də məhəbbətimi atmaram, Sədaqətimi yalan olmağa qoymaram.
Öz əhdimi pozmaram, Dilimdən çıxan sözləri dəyişmərəm.
Müqəddəsliyim naminə bir dəfə and içmişəm: Davuda yalandan söz verməyəcəyəm.
Sülaləsi taxtda əbədi qalacaq, Taxtı hüzurumda günəş kimi duracaq.
Ay kimi – Göydəki etibarlı şahid kimi sabit qalacaq». Sela
Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən, Sən onu rədd etmisən, ona arxa çevirmisən.
Qulunla bağladığın əhddən imtina etmisən, Tacını toz-torpağa atıb bulaşdırmısan.
Bütün divarlarını yıxmısan, Qalalarını viran etmisən.
Yoldan keçənlər oranı soyub-talayırlar, Qonşuları ona tənə vururlar.
Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan, Bütün yağılarını sevindirmisən.
Qılıncının ağzını kütləşdirmisən, Onu döyüşdə qaldırmamısan.
Onu şərəfdən salmısan, Taxtını yerlə yeksan etmisən.
Nə tez onu gəncliyindən saldın, Onu xəcalətə bürüdün. Sela
Ya Rəbb, nə vaxta qədər, Yoxsa əbədilikmi bizdən gizlənəcəksən, Od tutub qəzəbdən yanacaqsan?
Ömrümün nə tez keçdiyini xatırla, Bütün bəşər övladlarını nə fani yaratmısan!
İnsanlar arasında ölüm görməyən kimdir? Kim canını ölülər diyarının pəncəsindən qurtarar? Sela
Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı? Çünki bu barədə Davuda sədaqətlə and içdin.
Ey Xudavənd, unutma, gör bu bəndən necədir, Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm.
Ya Rəbb, düşmənlərinin etdiyi təhqirləri, Məsh etdiyinin yoluna vurduqları tənələri daşıyıram.
Rəbbə əbədilik alqış olsun! Amin, Amin.
irəli
1
. . .
83
84
85
86
87
88
89
90
91
92
93
94
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.