Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 85  86  87  88  89  90  91  92  93  94  95  96  . . . 150   qeri  
  -1   [font9]   +1  
ZƏBUR 91 [Azerbaycan:NASB]   
 
  1. Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan
  2. Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm».
  3. Bil ki, O səni ovçunun tələsindən, Ağır xəstəliyə düşüb ölməkdən qurtarar.
  4. Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar.
  5. Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan,
  1. He who dwells in the shelter of the Most High Will abide in the shadow of the Almighty.
  2. I will say to the LORD, "My refuge and my fortress, My God, in whom I trust!"
  3. For it is He who delivers you from the snare of the trapper And from the deadly pestilence.
  4. He will cover you with His pinions, And under His wings you may seek refuge; His faithfulness is a shield and bulwark.
  5. You will not be afraid of the terror by night, Or of the arrow that flies by day;
 
 
  1. Nə zülmətdə dolanan ağır xəstəlikdən, Nə də günorta məhvedici qırğından qorxmazsan.
  2. Yanında min nəfər, Sağında on min nəfər qırılsa, Sənə xətər dəyməz.
  3. Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən.
  4. «Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün
  5. Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar.
  1. Of the pestilence that stalks in darkness, Or of the destruction that lays waste at noon.
  2. A thousand may fall at your side And ten thousand at your right hand, But it shall not approach you.
  3. You will only look on with your eyes And see the recompense of the wicked.
  4. For you have made the LORD, my refuge, Even the Most High, your dwelling place.
  5. No evil will befall you, Nor will any plague come near your tent.
 
 
  1. Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar,
  2. Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin.
  3. Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan.
  4. «Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm.
  5. Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
  1. For He will give His angels charge concerning you, To guard you in all your ways.
  2. They will bear you up in their hands, That you do not strike your foot against a stone.
  3. You will tread upon the lion and cobra, The young lion and the serpent you will trample down.
  4. "Because he has loved Me, therefore I will deliver him; I will set him securely on high, because he has known My name.
  5. "He will call upon Me, and I will answer him; I will be with him in trouble; I will rescue him and honor him.
 
 
  1. Onu uzun ömürlə doyduracağam, Ona qurtuluşumu göstərəcəyəm».
  1. "With a long life I will satisfy him And let him see My salvation."
 
   
  irəli  1  . . . 85  86  87  88  89  90  91  92  93  94  95  96  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.