|
- Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var.
- Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin,
- Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin.
- Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
- Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, dünyanı sarsılmaz və möhkəm qurub, O, insafla xalqların hökmünü verəcək».
|
|