Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 91  92  93  94  95  96  97  98  99  100  101  102  . . . 150   qeri  
  -1   [font10]   +1  
ZƏBUR 97 [Azerbaycan]   
 
  1. Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, Qoy bütün adalar sevinsin.
  2. Buludlar və zülmət Onun ətrafındadır, Salehliklə ədalət taxtının təməlidir.
  3. Onun önündən alov çıxar, Ətrafındakı düşmənləri yandırıb-yaxar.
  4. Şimşəkləri dünyaya işıq saçar, Yer üzü bunu görəndə sarsılar.
  5. Dağlar Rəbbin hüzurunda – Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər.
 
 
  1. Göylər salehliyini bəyan edər, Əzəmətini bütün xalqlar görər.
  2. Bütün bütpərəstlər, Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq! Ey bütün allahlar, Rəbbə səcdə edin!
  3. Ya Rəbb, Sənin hökmlərini Sion eşidib sevinir, Yəhuda qızları cuşa gəlir.
  4. Çünki bütün yer üzərində, Ya Rəbb, Haqq-Taala Sənsən! Bütün allahların üzərində Sən nə qədər yüksəksən!
  5. Ey Rəbbi sevənlər, şərə nifrət edin! O, möminlərinin canını qoruyar, Onları pislərin əlindən qurtarar.
 
 
  1. Salehlərin üstünə nur tökülər, Ürəyidüz olanların üstünə sevinc səpilər.
  2. Ey salehlər, Rəbbə görə sevinin, Onun müqəddəs adına şükür edin!
 
   
  irəli  1  . . . 91  92  93  94  95  96  97  98  99  100  101  102  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.