|
- Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı.
- Rəbb zəfərini bəyan etdi, Millətlərin gözündə salehliyini aydın göstərdi.
- İsrail nəslinə Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qurtaracağınadək hər yerdə Allahımızın zəfərini gördü.
- Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!
- Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin!
|
|