|
- Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
- Sionda olan Rəbb əzəmətlidir, O bütün xalqların üzərindədir, yüksəkdədir.
- Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir!
- Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
- Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir!
|
|