Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
96
97
98
99
100
101
102
103
104
105
106
107
. . .
150
qeri
▼
-1
[font10]
+1
▲
ZƏBUR 102 [Azerbaycan]
Ya Rəbb, bu duama qulaq as, Qoy fəryadım Sənə çatsın.
Nə olar, dar günümdə üzünü məndən gizlətmə, Qulaq as, Səni çağırarkən mənə tez cavab ver.
Günlərim tüstü kimi çəkilir, Sümüklərim elə bil yanıb közə dönür.
Ürəyim kəsilib atılan ot kimi saralıb-solur, Çörək yemək belə, yadımdan çıxır.
Ah-zar çəkməkdən Bir dəri, bir sümük qalmışam.
İndi çöldəki yapalağa bənzəyirəm, Viranəlik bayquşu kimiyəm.
Gözümə yuxu getmir, Damda tənha qalan bir quşa bənzəyirəm.
Bütün gün düşmənlərim məni təhqir edir, Mənə istehza edənlər adımla lənət oxuyur.
Yeməyim çörək yerinə kül olub, İçməyim göz yaşıma qarışıb.
Çünki qəzəbindən, hiddətindən Məni götürüb bir tərəfə atmısan.
Günlərim axşamın kölgəsi kimi keçir, Bir ot kimi quruyuram.
Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən, Sənin şöhrətin nəsildən-nəslə deyiləcək.
Sən qalxıb Siona mərhəmət edəcəksən, Zamanını təyin etdin, indi ona lütf ediləcək.
Çünki Sənin qulların onun daşlarını əziz tuturlar, Onun toz-torpağına necə də acıyırlar.
Millətlər Rəbbin ismindən, Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar.
Rəbb Sionu yenidən bərpa edəcək, Əzəmətində görünəcək,
Yoxsulların duasına qulaq asacaq, Yalvarışlarına xor baxmayacaq.
Sonrakı övladları Rəbbə həmd etsin deyə Qoy gələcək nəsil üçün belə yazılsın:
«Rəbb müqəddəs yüksəklikdən, Göylərdən yer üzünə nəzər saldı;
Əsirlərin naləsini eşitmək üçün, Ölümə aparılanları azad etmək üçün».
Ona görə Rəbbin ismini Sionda elan edəcəklər, Yerusəlimdə Ona həmdlər söyləyəcəklər
Rəbbə xidmət etmək üçün gələrkən, Xalqlar, ölkələr bir yerə gələrkən.
Yolda ikən Rəbb gücümü azaltdı, O, ömrümü qısaltdı.
Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır, Sənin illərin nəsillərdən-nəsillərə çatır».
Yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir!
Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, Onları geyim kimi dəyişdirəcəksən, Keçib-gedəcəklər.
Amma Sən dəyişməzsən, İllərin tükənməzdir.
Qullarının övladları yaşayacaq, Nəvə-nəticələri hüzurunda dayanacaq.
irəli
1
. . .
96
97
98
99
100
101
102
103
104
105
106
107
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.