Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 97  98  99  100  101  102  103  104  105  106  107  108  . . . 150   qeri  
  -1   [font10]   +1  
ZƏBUR 103 [Azerbaycan:NASB]   
 
  1. Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
  2. Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları:
  3. Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən.
  4. Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
  5. Odur ömür boyu səni bərəkəti ilə doyduran, Səni təzələyib gənc, gümrah qartala oxşadan.
  1. Bless the LORD, O my soul, And all that is within me, bless His holy name.
  2. Bless the LORD, O my soul, And forget none of His benefits;
  3. Who pardons all your iniquities, Who heals all your diseases;
  4. Who redeems your life from the pit, Who crowns you with lovingkindness and compassion;
  5. Who satisfies your years with good things, So that your youth is renewed like the eagle.
 
 
  1. Rəbb bütün miskinlər üçün Haqq və ədalət edir.
  2. Yollarını Musaya, Əməllərini İsrail övladlarına göstərib.
  3. Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir.
  4. Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz.
  5. Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz.
  1. The LORD performs righteous deeds And judgments for all who are oppressed.
  2. He made known His ways to Moses, His acts to the sons of Israel.
  3. The LORD is compassionate and gracious, Slow to anger and abounding in lovingkindness.
  4. He will not always strive with us, Nor will He keep His anger forever.
  5. He has not dealt with us according to our sins, Nor rewarded us according to our iniquities.
 
 
  1. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.
  2. Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
  3. Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
  4. Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
  5. İnsanınsa ömrü bir ota oxşar, Çəmən gülləri kimi çiçək açar,
  1. For as high as the heavens are above the earth, So great is His lovingkindness toward those who fear Him.
  2. As far as the east is from the west, So far has He removed our transgressions from us.
  3. Just as a father has compassion on his children, So the LORD has compassion on those who fear Him.
  4. For He Himself knows our frame; He is mindful that we are but dust.
  5. As for man, his days are like grass; As a flower of the field, so he flourishes.
 
 
  1. Üstündən yel əsərkən yox olur, Yerində izi belə, qalmır.
  2. Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti, Onların övladlarına olan salehliyi Əzəldən var, bu əbədi qalacaq.
  3. Onun əhdinə vəfa edənlərə bunları göstərir, Qayda-qanunlarını yerinə yetirənləri unutmur.
  4. Rəbb taxtını göylərdə qurub, Hər yerdə hökmranlıq edir.
  5. Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!
  1. When the wind has passed over it, it is no more, And its place acknowledges it no longer.
  2. But the lovingkindness of the LORD is from everlasting to everlasting on those who fear Him, And His righteousness to children's children,
  3. To those who keep His covenant And remember His precepts to do them.
  4. The LORD has established His throne in the heavens, And His sovereignty rules over all.
  5. Bless the LORD, you His angels, Mighty in strength, who perform His word, Obeying the voice of His word!
 
 
  1. Rəbbə alqış edin, ey səmanın bütün orduları, İradəsini yerinə yetirən xidmətçiləri!
  2. Rəbbə alqış edin, ey Onun yaratdıqları, Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar! Rəbbə alqış et, ey könlüm!
  1. Bless the LORD, all you His hosts, You who serve Him, doing His will.
  2. Bless the LORD, all you works of His, In all places of His dominion; Bless the LORD, O my soul!
 
   
  irəli  1  . . . 97  98  99  100  101  102  103  104  105  106  107  108  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.