Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
98
99
100
101
102
103
104
105
106
107
108
109
. . .
150
qeri
▼
-1
[font9]
+1
▲
ZƏBUR 104 [Azerbaycan]
Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən, Ehtişamı, əzəməti geyinmisən!
Nura libas kimi bürünən, Göyləri çadır tək açan,
Yuxarı otaqlarını suların üstündə quran, Buludları Özünə araba edən, Yel qanadları üstünə minib gəzən,
Küləyi Özünə elçi edən, Yanar odu Özünə xidmətçi edən Sənsən!
Yer üzünün təməlini elə qurdun ki, Əsla sarsılmasın.
Dərin suları libas kimi yer üzünə geydirdin, Sular dağların üstünə qalxdı.
Sənin məzəmmətindən sular çəkildi, Şimşəyinin səsindən qorxub qaçdı.
Dağlardan dərələrə axdı, Sənin təyin etdiyin yerlərə töküldü.
Onların önünə hədd qoydun ki, ondan aşmasınlar, Heç vaxt daşıb dünyanı basmasınlar.
Bulaqları vadilərdən fışqırtdın, Dağların arasından axıtdın.
Bu bulaqlar bütün çöl heyvanlarına su verər, Vəhşi eşşəklər içər, susuzluğu gedər.
Yanlarında quşlar yuva qurar, Budaqlara qonub oxuyar.
Sən dağları göydəki sarayından sulayırsan, Əlinin bəhrəsindən yer doyur.
Heyvanlar üçün ot bitirirsən, İnsana becərmək üçün bitkilər yetirirsən. Qoy insan torpaqdan azuqəsini çıxartsın:
Ürəkləri xoşhal edən şərabı, Üzləri güldürən zeytun yağını, Taqət verən çörəyi.
Doyunca su içər Rəbbin ağacları, Livanda əkdiyi sidr ağacları.
Bu ağaclarda quşlar yuva qurar, Leyləklərin yuvası şam ağacındadır.
Uca dağlar dağ keçilərinin oylağıdır, Qayalar qayadovşanlarının sığınacağıdır.
Fəsilləri müəyyən etmək üçün ayı yaratdın, Günəş batacağı zamanı bilir.
Gecə olsun deyə havanı qaraldırsan, Bütün meşə heyvanları vurnuxmaya düşürlər.
Ov üçün gənc aslanlar nərə çəkərlər, Öz yemlərini Allahdan istəyərlər.
Gün doğanda çəkilirlər, Yuvalarında yatırlar.
İnsanlar iş başına gedir, Qaş qaralana qədər işləyirlər.
Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən, Yaratdıqların yer üzünü doldurub.
Böyük, dərin dənizlərin var, Orada da saysız məxluqlar – Həm kiçik, həm də böyük canlılar qaynaşar.
Oradan gəmilər keçir, Yaratdığın Livyatan sularda oynayır.
Bunların hamısı gözləyir ki, Sən Vaxtlı-vaxtında onları yemləyəsən.
Sən yem verərkən onlar yem yığırlar, Açıq əlinin nemətindən doyurlar.
Amma üzünü gizlədərkən vəlvələyə düşürlər, Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar,
Ruhunu göndərərkən onlar yaranır, Yer üzünə yeni həyat verirsən.
Rəbbin ehtişamı qoy əbədi var olsun! Qoy Rəbb yaratdıqlarına görə şad olsun!
Rəbb yerə baxanda yer lərzəyə gəlir, Dağa toxunanda dağ tüstülənir.
Rəbbə ömrüm boyu ilahi söyləyəcəyəm, Nə qədər varam, Allahımı tərənnüm edəcəyəm.
Düşüncəm Ona xoş görünsün, Mən Rəbbə görə sevinəcəyəm.
Günahkarlar yer üzündən silinsinlər, Pis adamlar yox olsunlar! Rəbbə alqış et, ey könlüm! Rəbbə həmd edin!
irəli
1
. . .
98
99
100
101
102
103
104
105
106
107
108
109
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.