Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 99  100  101  102  103  104  105  106  107  108  109  110  . . . 150   qeri  
  -1   [font9]   +1  
ZƏBUR 105 [Azerbaycan:NASB]   
 
  1. Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin!
  2. Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin!
  3. Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
  4. Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın.
  5. Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
  1. Oh give thanks to the LORD, call upon His name; Make known His deeds among the peoples.
  2. Sing to Him, sing praises to Him; Speak of all His wonders.
  3. Glory in His holy name; Let the heart of those who seek the LORD be glad.
  4. Seek the LORD and His strength; Seek His face continually.
  5. Remember His wonders which He has done, His marvels and the judgments uttered by His mouth,
 
 
  1. Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri!
  2. Allahımız Rəbb Odur, Hökmü bütün yer üzündədir.
  3. Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü,
  4. İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz.
  5. Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi.
  1. O seed of Abraham, His servant, O sons of Jacob, His chosen ones!
  2. He is the LORD our God; His judgments are in all the earth.
  3. He has remembered His covenant forever, The word which He commanded to a thousand generations,
  4. The covenant which He made with Abraham, And His oath to Isaac.
  5. Then He confirmed it to Jacob for a statute, To Israel as an everlasting covenant,
 
 
  1. Dedi: «Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm».
  2. O zaman onlar sayca az idilər, Azsaylı olaraq ölkədə qərib idilər.
  3. Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər.
  4. Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.
  5. Dedi: «Məsh etdiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin».
  1. Saying, "To you I will give the land of Canaan As the portion of your inheritance,"
  2. When they were only a few men in number, Very few, and strangers in it.
  3. And they wandered about from nation to nation, From one kingdom to another people.
  4. He permitted no man to oppress them, And He reproved kings for their sakes:
  5. "Do not touch My anointed ones, And do My prophets no harm."
 
 
  1. Ölkəyə qıtlıq göndərdi, Bütün çörəyin kökünü kəsdi.
  2. Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi.
  3. Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər.
  4. Yusifin sözü düz çıxanadək Rəbbin sözü onu təmizlədi.
  5. Padşah buyruq verərək onu azad etdi, Xalqların hökmdarı ona azadlıq verdi.
  1. And He called for a famine upon the land; He broke the whole staff of bread.
  2. He sent a man before them, Joseph, who was sold as a slave.
  3. They afflicted his feet with fetters, He himself was laid in irons;
  4. Until the time that his word came to pass, The word of the LORD tested him.
  5. The king sent and released him, The ruler of peoples, and set him free.
 
 
  1. Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi.
  2. Ona başçılar üstündə səlahiyyət verdi ki, Ağsaqqallarına uzaqgörənlik öyrətsin.
  3. Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi.
  4. Rəbb onun xalqına bərəkət verdi, Düşmənlərindən çox onlara qüdrət verdi.
  5. Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər, Qullarına qarşı fırıldaq işlətsinlər.
  1. He made him lord of his house And ruler over all his possessions,
  2. To imprison his princes at will, That he might teach his elders wisdom.
  3. Israel also came into Egypt; Thus Jacob sojourned in the land of Ham.
  4. And He caused His people to be very fruitful, And made them stronger than their adversaries.
  5. He turned their heart to hate His people, To deal craftily with His servants.
 
 
  1. Qulu Musanı, Həm də seçdiyi Harunu göndərdi.
  2. Xalqın arasında Rəbbin əlamətlərini, Ham ölkəsində Onun möcüzələrini göstərdilər.
  3. Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi, Çünki Onun sözlərinə itaət etmədilər.
  4. Sularını qana çevirdi, Balıqlarını öldürdü.
  5. Ölkəyə qurbağalar qaynaşıb gəldilər, Padşahın otaqlarına belə, girdilər.
  1. He sent Moses His servant, And Aaron, whom He had chosen.
  2. They performed His wondrous acts among them, And miracles in the land of Ham.
  3. He sent darkness and made it dark; And they did not rebel against His words.
  4. He turned their waters into blood And caused their fish to die.
  5. Their land swarmed with frogs Even in the chambers of their kings.
 
 
  1. Əmr etdi, topa-topa mozalan gəldi, Mığmığalar bütün ərazilərini bürüdü.
  2. Yağış əvəzinə dolu yağdırdı, Ölkələrini şimşəklərə qərq etdi.
  3. Tənəklərinə, əncir ağaclarına zərbə vurdu, Sahələrində olan ağacları qırdı.
  4. Əmr etdi çəyirtkələrə qaynaşsın, Saysız balaları torpaqlarına daraşsın.
  5. Onlar ölkədə olan bütün otları yedilər, Torpaqlarının bar-bəhərini yedilər.
  1. He spoke, and there came a swarm of flies And gnats in all their territory.
  2. He gave them hail for rain, And flaming fire in their land.
  3. He struck down their vines also and their fig trees, And shattered the trees of their territory.
  4. He spoke, and locusts came, And young locusts, even without number,
  5. And ate up all vegetation in their land, And ate up the fruit of their ground.
 
 
  1. O, ölkədə hər yerlinin ilk oğlunu, Hər kişinin belindən gələn ilk oğlunu öldürdü.
  2. İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı, Qəbilələri arasında yıxılan olmadı.
  3. Onlar çıxanda Misirlilər sevindi, Canlarında İsraillilərin qorxusu var idi.
  4. Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi.
  5. İstədiklərinə görə O, bildirçin gətirdi, Onlara göydən doyunca çörək verdi.
  1. He also struck down all the firstborn in their land, The first fruits of all their vigor.
  2. Then He brought them out with silver and gold, And among His tribes there was not one who stumbled.
  3. Egypt was glad when they departed, For the dread of them had fallen upon them.
  4. He spread a cloud for a covering, And fire to illumine by night.
  5. They asked, and He brought quail, And satisfied them with the bread of heaven.
 
 
  1. Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı.
  2. Çünki müqəddəs sözünü yada salmışdı, Qulu İbrahimə verdiyi vədini xatırlamışdı.
  3. O, xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı.
  4. Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi.
  5. Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin!
  1. He opened the rock and water flowed out; It ran in the dry places like a river.
  2. For He remembered His holy word With Abraham His servant;
  3. And He brought forth His people with joy, His chosen ones with a joyful shout.
  4. He gave them also the lands of the nations, That they might take possession of the fruit of the peoples' labor,
  5. So that they might keep His statutes And observe His laws, Praise the LORD!
 
   
  irəli  1  . . . 99  100  101  102  103  104  105  106  107  108  109  110  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.