Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
99
100
101
102
103
104
105
106
107
108
109
110
. . .
150
qeri
▼
-1
[font9]
+1
▲
ZƏBUR 105 [Azerbaycan]
Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin!
Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin!
Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın.
Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri!
Allahımız Rəbb Odur, Hökmü bütün yer üzündədir.
Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü,
İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz.
Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi.
Dedi: «Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm».
O zaman onlar sayca az idilər, Azsaylı olaraq ölkədə qərib idilər.
Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər.
Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.
Dedi: «Məsh etdiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin».
Ölkəyə qıtlıq göndərdi, Bütün çörəyin kökünü kəsdi.
Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi.
Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər.
Yusifin sözü düz çıxanadək Rəbbin sözü onu təmizlədi.
Padşah buyruq verərək onu azad etdi, Xalqların hökmdarı ona azadlıq verdi.
Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi.
Ona başçılar üstündə səlahiyyət verdi ki, Ağsaqqallarına uzaqgörənlik öyrətsin.
Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi.
Rəbb onun xalqına bərəkət verdi, Düşmənlərindən çox onlara qüdrət verdi.
Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər, Qullarına qarşı fırıldaq işlətsinlər.
Qulu Musanı, Həm də seçdiyi Harunu göndərdi.
Xalqın arasında Rəbbin əlamətlərini, Ham ölkəsində Onun möcüzələrini göstərdilər.
Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi, Çünki Onun sözlərinə itaət etmədilər.
Sularını qana çevirdi, Balıqlarını öldürdü.
Ölkəyə qurbağalar qaynaşıb gəldilər, Padşahın otaqlarına belə, girdilər.
Əmr etdi, topa-topa mozalan gəldi, Mığmığalar bütün ərazilərini bürüdü.
Yağış əvəzinə dolu yağdırdı, Ölkələrini şimşəklərə qərq etdi.
Tənəklərinə, əncir ağaclarına zərbə vurdu, Sahələrində olan ağacları qırdı.
Əmr etdi çəyirtkələrə qaynaşsın, Saysız balaları torpaqlarına daraşsın.
Onlar ölkədə olan bütün otları yedilər, Torpaqlarının bar-bəhərini yedilər.
O, ölkədə hər yerlinin ilk oğlunu, Hər kişinin belindən gələn ilk oğlunu öldürdü.
İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı, Qəbilələri arasında yıxılan olmadı.
Onlar çıxanda Misirlilər sevindi, Canlarında İsraillilərin qorxusu var idi.
Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi.
İstədiklərinə görə O, bildirçin gətirdi, Onlara göydən doyunca çörək verdi.
Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı.
Çünki müqəddəs sözünü yada salmışdı, Qulu İbrahimə verdiyi vədini xatırlamışdı.
O, xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı.
Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi.
Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin!
irəli
1
. . .
99
100
101
102
103
104
105
106
107
108
109
110
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.