Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
100
101
102
103
104
105
106
107
108
109
110
111
. . .
150
qeri
▼
-1
[font9]
+1
▲
ZƏBUR 106 [Azerbaycan]
Rəbbə həmd edin! Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir.
Rəbbin qüdrətli işlərini sözlə demək olarmı? Onu layiqincə həmd edən varmı?
Nə bəxtiyardır ədalətə bağlananlar, Hər zaman əməlisaleh olanlar!
Ya Rəbb, xalqına lütf edərkən məni yada sal, Onları nicata çatdırarkən mənim də qayğıma qal.
Qoy seçdiklərini bəxtiyar görüm, Millətinin sevinci ilə sevinim, İrsinlə birlikdə fəxr edim.
Ata-babamız kimi biz də günaha batmışıq, Biz də şər iş görməklə təqsirkar olmuşuq.
Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı, Bol məhəbbətini yada salmadı, Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu.
Amma Rəbb qüdrətini göstərmək üçün Onları ismi naminə qurtardı.
Onun məzəmmətindən Qırmızı dəniz qurudu, Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi.
İsrailliləri onlara nifrət edənin əlindən qurtardı, Onları düşməninin əlindən xilas etdi.
Yağıları sular basdı, Bir nəfər də qalmadı.
O zaman Rəbbin sözlərinə inandılar, Onu həmdlə tərənnüm etdilər.
Lakin Rəbbin əməllərini tez unutdular, Ondan məsləhət almadılar.
Onlar səhrada iştahaya düşdülər, Çöllükdə Allahı sınağa çəkdilər.
O da istədiklərini verdi, Lakin onlara azar göndərdi.
Düşərgədə Musaya, Rəbb üçün təqdis olunan Haruna paxıllıq etdilər,
Torpaq yarılıb Datanı uddu, Aviramla yoldaşlarını yerə batırdı.
Yoldaşlarının içinə alov saldı, Bu, pisləri yandırıb-yaxdı.
Xorevdə bir dana heykəli düzəltdilər, Tökmə bir bütə səcdə etdilər.
Allahın əvəzinə Otyeyən buğanın surətinə şərəf verdilər.
Onları qurtaran Allahı – Misirdə böyük möcüzələr yaradanı,
Ham ölkəsində xariqələr göstərəni, Qırmızı dənizdə zəhmli işlər görəni unutdular.
Rəbb onları yox etmək üçün niyyətini söylədi, Onu məhvedici qəzəbindən döndərmək üçün Seçdiyi Musa Onun qarşısına gəldi.
Sonra o gözəl diyara da xor baxdılar, Rəbbin vədinə inanmadılar.
Çadırlarında giley-güzar etdilər, Rəbbin səsini eşitmədilər.
Buna görə Rəbb and içdi: Meyitlərini çöllərə sərəcək,
Övladlarını millətlər arasına səpələyəcək, Onları ölkələr arasında darmadağın edəcək.
Onlar Peordakı Baala səcdə etməyə gəldilər, Ölü bütə verilən qurban ətindən yedilər.
Bu işlər Rəbbin qəzəbinə gəldi, Aralarına vəba töküldü.
Onda Pinxas qalxıb buna müdaxilə etdi, Beləliklə, vəba çəkilib getdi.
Bu, nəsillər boyu, əbədilik Onun üçün salehlik sayıldı.
Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər, Buna görə Musanın başına qəza gəldi:
Onlar Musanın ruhunu incitdilər, O da düşünülməmiş sözlər dedi.
Rəbbin əmrini yerinə yetirmədilər, Dediyi xalqları məhv etmədilər.
Əksinə, həmin millətlərə qarışdılar, Adət-ənənələrini öyrənib onlara əməl etdilər.
Onların bütlərinə ibadət edərək Özlərini bu tələyə saldılar.
Oğul-qızlarını Cinlərə qurban verdilər.
Oğul-qızlarının günahsız qanını tökdülər, Onları Kənan bütlərinə qurban verdilər, Ölkəni qana bulaşdırdılar.
Belə işlərlə murdarlandılar, Öz əməlləri ilə xəyanətə satıldılar.
Rəbb xalqına qarşı qəzəbindən yandı, Öz irsini iyrənc bir şey sandı.
Onları millətlərə təslim etdi, Onlara nifrət edənlər üzərlərində hakim oldu.
Düşmənləri onları zülm altına saldılar, Onlara tabe olaraq əl altında qaldılar.
Rəbb dəfələrlə onları azad etmişdi, Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular, Bu insanları öz günahları alçaltdı.
Lakin O, fəryadlarını eşidəndə Onların əziyyətinə baxdı.
Bu insanlarla bağladığı əhdini yada saldı, Bol məhəbbəti naminə rəhmini göstərdi.
Onları əsir edənlərin Qəlbinə mərhəmət saldı.
Ey Allahımız Rəbb, bizi qurtar, Bizi millətlərin arasından topla. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək.
Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Qoy bütün xalq söyləsin «Amin!» Rəbbə həmd edin!
irəli
1
. . .
100
101
102
103
104
105
106
107
108
109
110
111
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.