Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 102  103  104  105  106  107  108  109  110  111  112  113  . . . 150   qeri  
  -1   [font9]   +1  
ZƏBUR 108 [Azerbaycan]   
 
  1. Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
  2. Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.
  3. Ya Rəbb, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.
  4. Məhəbbətin böyükdür, göylərdən ucadır, Sədaqətin buludlara çatır.
  5. Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
 
 
  1. Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
  2. Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.
  3. Gilead torpağı Mənimdir, Menaşşe torpağı Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.
  4. Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».
  5. Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər?
 
 
  1. Ay Allah, niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
  2. Düşmənin qarşısında bizə imdad et, Çünki insanın köməyi puçdur.
  3. Allahın köməyi ilə şücaət göstərəcəyik, O, düşmənlərimizi tapdalayacaq!
 
   
  irəli  1  . . . 102  103  104  105  106  107  108  109  110  111  112  113  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.