|
- Rəbbə güvənənlər Sion dağı kimi Sarsılmaz, əbədi qalar.
- Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
- Salehlərin payı üstündə Şər insanların dəyənəyi hökm sürə bilməz, Yoxsa salehlər də şərə əl atardı.
- Ya Rəbb, xeyirxahlara, Ürəyidüz olan insanlara xeyirxahlıq et!
- Rəbb əyri yola dönənləri aparacaq, Onları şər iş görənlərlə bir yerə qoyacaq. İsrailin üzərinə sülh olsun!
|
|