| |
- Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi.
- Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».
- Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb.
- Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.
- Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək.
|
|