|
- Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər.
- Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
- Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır.
- İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər.
- Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq.
|
|