| |
- Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.
- Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar, Küləkləri öz mənbələrindən çıxarar.
- Rəbb Misirlilərin ilk oğullarını qırdı, Hər insanın, hər heyvanın ilk balasını öldürdü.
- Ey Misir, sənin daxilində, Fironla bütün əyanlarının üzərində O, əlamətlərini, möcüzələrini göstərdi.
- Nə qədər millətləri qırdı, Qüdrətli padşahları öldürdü.
|
|