Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 129  130  131  132  133  134  135  136  137  138  139  140  . . . 150   qeri  
  -1   [font11]   +1  
ZƏBUR 135 [Azerbaycan]   
 
  1. Rəbbə həmd edin! Rəbbin isminə həmd edin, Ey Rəbbin qulları, həmd edin!
  2. Ey Rəbbin evində xidmət edənlər, Allahımızın evinin həyətində duranlar,
  3. Rəbb yaxşıdır, Rəbbə həmd edin, O nə qədər şirindir, isminə tərənnüm oxuyun!
  4. Çünki Rəbb Özü üçün Yaqubu seçdi, İsraili Özünə məxsus xalq olaraq seçdi.
  5. Bilirəm, Rəbb əzəmətlidir, Xudavəndimiz bütün allahlardan üstündür.
 
 
  1. Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.
  2. Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar, Küləkləri öz mənbələrindən çıxarar.
  3. Rəbb Misirlilərin ilk oğullarını qırdı, Hər insanın, hər heyvanın ilk balasını öldürdü.
  4. Ey Misir, sənin daxilində, Fironla bütün əyanlarının üzərində O, əlamətlərini, möcüzələrini göstərdi.
  5. Nə qədər millətləri qırdı, Qüdrətli padşahları öldürdü.
 
 
  1. Emorluların padşahı Sixonu, Başan padşahı Oqu, Bütün Kənan padşahlarını qırdı.
  2. Onların torpaqlarını, mülklərini Öz xalqı İsrailə irs olaraq verdi.
  3. Ya Rəbb, ismin əbədidir! Ey Rəbb, şöhrətin nəsillərdən-nəsillərə çatır!
  4. Rəbb xalqına haqq verəcək, Qullarına rəhm edəcək.
  5. Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.
 
 
  1. Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür,
  2. Qulaqları var, eşitmir, Ağızlarından nəfəs gəlmir.
  3. Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar.
  4. Ey İsraillilər, Rəbbə alqış edin! Ey Harun nəsli, Rəbbə alqış söyləyin!
  5. Ey Levi nəsli, Rəbbə alqış edin! Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin!
 
 
  1. Rəbbə Siondan alqış oxunsun! Rəbb Yerusəlimdə yaşayır! Rəbbə həmd edin!
 
   
  irəli  1  . . . 129  130  131  132  133  134  135  136  137  138  139  140  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.