Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 133  134  135  136  137  138  139  140  141  142  143  144  . . . 150   qeri  
  -1   [font10]   +1  
Psalms 139 [NIV:Azerbaycan]   
 
  1. O LORD, you have searched me and you know me.
  2. You know when I sit and when I rise; you perceive my thoughts from afar.
  3. You discern my going out and my lying down; you are familiar with all my ways.
  4. Before a word is on my tongue you know it completely, O LORD.
  5. You hem me in--behind and before; you have laid your hand upon me.
  1. Ya Rəbb, məni yoxlayaraq tanıdın,
  2. Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan.
  3. Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən.
  4. Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən.
  5. Hər yandan məni əhatə etmisən, Öz əlini üzərimə qoymusan.
 
 
  1. Such knowledge is too wonderful for me, too lofty for me to attain.
  2. Where can I go from your Spirit? Where can I flee from your presence?
  3. If I go up to the heavens, you are there; if I make my bed in the depths, you are there.
  4. If I rise on the wings of the dawn, if I settle on the far side of the sea,
  5. even there your hand will guide me, your right hand will hold me fast.
  1. Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm.
  2. Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım?
  3. Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan.
  4. Qanad alıb gündoğana uçsam belə, Dənizi keçib günbatana qonsam belə,
  5. Sənin sağ əlin bələdçim olacaq, Sağ əlin məni qoruyacaq.
 
 
  1. If I say, "Surely the darkness will hide me and the light become night around me,"
  2. even the darkness will not be dark to you; the night will shine like the day, for darkness is as light to you.
  3. For you created my inmost being; you knit me together in my mother's womb.
  4. I praise you because I am fearfully and wonderfully made; your works are wonderful, I know that full well.
  5. My frame was not hidden from you when I was made in the secret place. When I was woven together in the depths of the earth,
  1. Desəm də: «Qoy zülmət məni bürüsün, İşıq batsın, ətrafım gecəyə dönsün»,
  2. Sənin qarşında zülmət batar, Önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin Sənin üçün nə fərqi var?
  3. Sən mənim daxili üzvlərimi yaratmısan, Mənə ana bətnində quruluş vermisən.
  4. Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm.
  5. Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı.
 
 
  1. your eyes saw my unformed body. All the days ordained for me were written in your book before one of them came to be.
  2. How precious to me are your thoughts, O God! How vast is the sum of them!
  3. Were I to count them, they would outnumber the grains of sand. When I awake, I am still with you.
  4. If only you would slay the wicked, O God! Away from me, you bloodthirsty men!
  5. They speak of you with evil intent; your adversaries misuse your name.
  1. Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
  2. Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur!
  3. Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
  4. Ey Allah, kaş ki pisləri qıraydın, Qantökənlərin hamısı məndən uzaq olaydı,
  5. Onlar Sənə qarşı pis niyyətlə danışır, Düşmənlərin adına küfr edirlər!
 
 
  1. Do I not hate those who hate you, O LORD, and abhor those who rise up against you?
  2. I have nothing but hatred for them; I count them my enemies.
  3. Search me, O God, and know my heart; test me and know my anxious thoughts.
  4. See if there is any offensive way in me, and lead me in the way everlasting.
  1. Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi? Əleyhdarlarından ikrah etmərəmmi?
  2. Onlara tamamilə nifrət edirəm, Onları özümə düşmən sayıram.
  3. Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil.
  4. Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!
 
   
  irəli  1  . . . 133  134  135  136  137  138  139  140  141  142  143  144  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.