| |
- Rəbbə dedim: «Allahım Sənsən, Ya Rəbb, yalvarıram, Sən məni eşit!
- Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan, Döyüş günündə başıma dəbilqə qoymusan.
- Ya Rəbb, qoy pis adam muradına çatmasın, Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». Sela
- Ətrafımdakıların ağzından çıxan pis sözlər Qoy öz başlarına tökülsün!
- Qoy onların üstünə yanar közlər tökülsün, Onlar quyuya düşüb, çıxa bilməsin!
|
|