Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 135  136  137  138  139  140  141  142  143  144  145  146  . . . 150   qeri  
  -1   [font12]   +1  
ZƏBUR 141 [Azerbaycan]   
 
  1. Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş, Fəryad edərkən səsimi eşit!
  2. Qoy hüzurunda dualarım buxur kimi, Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!
  3. Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru.
  4. Qoyma qəlbim şərə meyl etsin, Şər iş görənlərə qoşulub mən də pis iş görməyim, Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.
  5. Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır. Daim pislərin şərinə qarşı dua edərəm.
 
 
  1. Hakimləri yarğandan atılarkən Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.
  2. Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib.
  3. Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.
  4. Şər iş görənlərin tələsindən, Onların qurduğu cələdən məni qoru.
  5. Qoy pislər öz torlarına düşsün, Mən də yolumu salamat keçib-gedim.
 
   
  irəli  1  . . . 135  136  137  138  139  140  141  142  143  144  145  146  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.