| |
- Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram.
- Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm.
- Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar.
- Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır.
- Ya Rəbb, Sənə fəryad edərək dedim: «Pənahım Sənsən, Dirilər arasında Sən mənim nəsibimsən».
|
|