Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 136  137  138  139  140  141  142  143  144  145  146  147  . . . 150   qeri  
  -1   [font12]   +1  
ZƏBUR 142 [Azerbaycan]   
 
  1. Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram.
  2. Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm.
  3. Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar.
  4. Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır.
  5. Ya Rəbb, Sənə fəryad edərək dedim: «Pənahım Sənsən, Dirilər arasında Sən mənim nəsibimsən».
 
 
  1. Qulaq as fəryadıma, Nə qədər alçaldılmışam! Məni təqib edənlərdən qurtar, Çünki onlar məndən güclüdür.
  2. Canımı zindandan qurtar, Qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, Çünki mənə comərdlik etdin!
 
   
  irəli  1  . . . 136  137  138  139  140  141  142  143  144  145  146  147  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.