|
- Ya Rəbb, eşit duamı, yalvararkən məni dinlə, Mənə sədaqətin, salehliyin naminə cavab söylə.
- Qulunu məhkəməyə çəkmə, Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz.
- Məni düşmən təqib etdi, Yerə vurdu, həyatım əldən getdi. Sanki lap çoxdan ölənlərin biriyəm, Bu düşmən məni zülmətə saldı.
- Ona görə ruhdan düşmüşəm, Bu dəhşət qəlbimi sarsıtdı.
- Qədim dövrlər yadıma düşür, Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə hey fikirləşirəm.
|
|