| |
- Rəbbə həmd edin! Rəbbə yeni bir ilahi oxuyun, Möminlər camaatı arasında Ona həmd edin!
- İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun!
- Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə ismini tərənnüm edin!
- Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.
- Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər.
|
|