|
- Rəbb Musaya dedi:
- «İsrail övladları arasında hər bətndən ilk doğulan bütün oğlanları və bütün heyvanların balalarını Mənim üçün təqdis et; onlar Mənimdir».
- Musa xalqa dedi: «Misirdən, köləlik diyarından çıxdığınız bu günü xatırlayın. Çünki Rəbb sizi qüdrətli əli ilə oradan çıxartdı və buna görə də mayalı çörək yeməyin.
- Çıxdığınız bu gün Aviv ayındadır.
- Rəbb atalarınıza and etmişdi ki, Kənanlıların, Xetlilərin, Emorluların, Xivlilərin, Yevusluların ölkəsini sizə verəcək. Sizi süd və bal axan torpağa gətirəcəyi vaxt bu ibadəti həmin ayda icra edin.
|
|