|
- Bütün xalq arasından bacarıqlı, Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən adamları seç. Onları minbaşı, yüzbaşı, əllibaşı, onbaşı təyin et ki,
- xalqı hər zaman mühakimə etsinlər. Qoy hər böyük işi sənin yanına gətirsinlər, hər kiçik işə isə özləri hakimlik etsinlər. Beləcə öz yükünü yüngülləşdir. Qoy o adamlar bu yükü səninlə daşısınlar.
- Əgər belə etsən, Allah da sənə belə əmr etsə, dözə bilərsən. Bütün xalq da razı olub öz yerinə gedər».
- Musa qayınatası deyən sözlərə qulaq asıb əməl etdi.
- Bundan sonra Musa İsrail övladları arasından bacarıqlı adamlar seçdi və onlardan xalqa başçı – minbaşılar, yüzbaşılar, əllibaşılar, onbaşılar təyin etdi.
|
|