|  | 
		Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir. 
Bütün çaylar dənizə axır, Amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, Təzədən axsınlar. 
Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, Göz görməkdən doymur, Qulaq da eşitməkdən. 
Nə olubsa, yenə olacaq, Nə edilibsə, yenə ediləcək. Ona görə də səma altında tamam təzə bir şey yoxdur. 
Məgər bir şey var ki, Onun haqqında deyilsin: “Bax bu təzə bir şeydir?” O da çoxdan var imiş – Bizim dövrümüzdən əvvəl. 
		 |  |