| 
И оглянулся я на все дела мои, которые сделали руки мои, и на труд, которым трудился я, делая [их]: и вот, всё--суета и томление духа, и нет [от них] пользы под солнцем!
И обратился я, чтобы взглянуть на мудрость и безумие и глупость: ибо что [может сделать] человек после царя [сверх того], что уже сделано?
И увидел я, что преимущество мудрости перед глупостью такое же, как преимущество света перед тьмою:
у мудрого глаза его--в голове его, а глупый ходит во тьме; но узнал я, что одна участь постигает их всех.
И сказал я в сердце моем: 'и меня постигнет та же участь, как и глупого: к чему же я сделался очень мудрым?' И сказал я в сердце моем, что и это--суета;
			 | 
Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur. 
Sonra mən hikmət, dəlilik və ağılsızlığın Nə olduğuna dönüb baxdım. Bundan sonra padşah olan adam İndiyə qədər görülən işlərdən başqa Nə edə bilər ki? 
Mən gördüm ki, Necə işıq qaranlıqdan üstündürsə, Hikmət də ağılsızlıqdan eləcə üstündür. 
Hikmətli adamın gözləri yerindədir, Ağılsız adam isə qaranlıqda gəzir. Lakin mən yenə bilirəm ki, İkisinin də aqibəti eyni cür olur. 
Mən ürəyimdə dedim: “Mənim də aqibətim ağılsız adamın Aqibəti kimi olacaq. Onda hikmətli olmağımın Nə faydası var?” Ona görə də ürəyimdə dedim: “Bu da puçdur”. 
			 |