|  | 
		Səma altında bir şey də gördüm: Ədalətin yerində pislik var, Salehliyin də yerində pislik. 
Mən ürəyimdə dedim: “Allah həm salehi, Həm də pis adamı mühakimə edəcək. Çünki O hər iş, hər əməl üçün Bir vaxt qoyub”. 
İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”. 
Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. 
Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır. 
		 |  |