|
- Qurbangahı əbrişim ağacından düzəlt. Qoy dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac olsun.
- Qurbangahın dörd küncündən onunla bir hissədən olan dörd buynuz düzəlt. Qurbangahın üstünü tuncla ört.
- Oranın kül qablarını, kürəklərini, ləyənlərini, çəngəllərini, xəkəndazlarını – bütün avadanlığını tuncdan düzəlt.
- Qurbangah üçün tuncdan torlu şəbəkə düzəlt. Torun dörd bucağında tuncdan dörd halqa düzəlt.
- Onu qurbangahın kənarından aşağıya qoy ki, şəbəkə onun yarısına qədər yetişsin.
|
|