|  | 
		Gün sərinləşənəcən, kölgələr düşənəcən, Mirra dağına, kündür təpəsinə gedəcəyəm. 
Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən. 
Ay gəlin, Livan bölgəsindən mənimlə gəl, Gəl, Livandan mənimlə gəl. Amana təpəsindən, Senir, Xermon təpələrindən, dağlardan, Aslanlar yurdundan, dağlardan, bəbirlər məskənindən en. 
Ay həmdəmim, ay gəlin! Bir baxışınla qəlbimi aldın. Ləl-cəvahiratı boynuna saldın, Gözəlliyinlə qəlbimi aldın. 
Ay həmdəmim, ay gəlin! Sevgin necə gözəldir, Eşqin şərabdan da ləzzətlidir, Sənin ətrin ətirlərin ən gözəlidir. 
		 |  |