|  | 
		Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır. 
Sevgini ümman sular söndürə bilməz, Onu çağlayan çaylar batıra bilməz. Bir insan sevgisi uğrunda var-yoxunu versə belə, Hamı ona xor baxar. 
Bir kiçik bacımız var, Hələ döşləri çıxmayıb. Bacımıza elçi gələn gün Onun üçün nə edək? 
Əgər o, bir hasar olsaydı, Biz üstünə gümüşdən bürc vurardıq. Əgər o, bir qapı olsaydı, Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq. 
Mən bir hasaram, Döşlərim qüllələrə oxşar, Ona görə yarımın gözləri məndən razı qalar. 
		 |  |