|
- Cah-calalın, çənglərinin səsi Ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü.
- Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün! Ey millətləri tapdalayıb keçən, Necə də yerə yıxıldın!
- Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,
- Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”.
- Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən.
|
|