|
- Seladan səhra yolu ilə Sion dağına, Ölkənin hökmdarına quzular göndərin.
- Moav qızları yuvalarından atılmış, Ora-bura uçan quşlara bənzəyir, Onlar Arnon çayının bərələrində dolaşır.
- «Bizə öyüd ver, ədalət göstər, Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal, Sürgünləri saxla, qaçqınları təslim etmə.
- Qoy Moavdan sürgün olanlar Səninlə birlikdə yaşasın, Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol». Qarət və qırğın qurtaranda, Ölkəni ayaqları altına salanlar yox olanda,
- Məhəbbət üzərində taxt qurulacaq, Davud nəslindən bir nəfər Sədaqətlə padşahlıq edəcək, Hökm edərkən ədaləti axtaracaq, Tezliklə salehliyi yerinə yetirəcək.
|
|