|
- Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.
- Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
- Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, Lakin biz yalnız Sənin adını tanıyırıq.
- O ağalar öldü, artıq yaşamır, Onlar kölgə kimidir, dirilməyəcək, Çünki Sən onları cəzalandırıb məhv etdin, Onlar haqqında hər bir xatirəni yox etdin.
- Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb! Bəli, milləti çoxaltdın, Özünü izzətləndirdin. Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin».
|
|