|
- O gün Rəbb Livyatana, qaçan ilana, Bəli, Livyatana, qıvrılan ilana Amansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək, Dənizdəki əjdahanı öldürəcək.
- O gün Rəbb deyəcək: «Xoşladığım bağ üçün nəğmələr oxuyun!
- Mən Rəbb, bağı qoruyuram, Tez-tez sulayıram, Gecə-gündüz keşiyində dururam ki, Heç kəs ona zərər verməsin.
- Mən qəzəblənmirəm, Kaş qarşıma tikan və qanqal çıxaydı, Onda onlara qarşı çıxıb döyüşərdim, Hamısını odda yandırardım.
- Yaxud qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar, Bəli, qoy Mənimlə barışsınlar».
|
|