|
- Onda Rəbb bu xalqla Yadellilərin ağzı ilə, Başqa dildə danışacaq.
- O sizin hamınıza dedi: «Rahatlıq budur, Yorğunlara dinclik verin, budur istirahət». Amma onlar eşitmək istəmədilər.
- Rəbbin sözü onlar üçün «Əmr üstünə əmr, əmr üstünə əmr, Sətir üstünə sətir, sətir üstünə sətir, Bir az oradan, bir az buradan» olacaq ki, Gedib arxası üstə yıxılsınlar, yaralansınlar, Tələyə düşüb əsir aparılsınlar.
- Buna görə də, ey rişxəndçilər, Yerusəlimdə olan bu xalqın rəhbərləri, Rəbbin sözünə qulaq asın!
- Madam ki siz dediniz: «Ölümlə əhd bağladıq, Ölülər diyarı ilə razılığa gəldik, Ölkəyə böyük bəla gələndə Bizə zərər verməyəcək, Çünki yalanı özümüzə sığınacaq etdik, Hiylənin arxasında gizləndik»,
|
|