|
- Səs deyir: «Bəyan et!» «Nəyi bəyan edim?» deyə soruşdum. «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.
- Rəbb nəfəsini üzərinə üfürəndə Ot quruyar, çiçək solar, Həqiqətən, bu xalq ota oxşar.
- Ot quruyar, çiçək solar, Amma Allahımızın sözü əbədi qalar».
- Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, Ucalt səsini, car çək, Qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!»
- Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, Mükafatı Onunladır, Ənamı önündədir.
|
|