|  | 
		Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”. 
Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi. 
Çölə çıxıram, Qılıncla öldürülənləri görürəm, Şəhərə girirəm, Aclıqdan üzülənləri görürəm. Çünki peyğəmbər də, kahin də Bixəbər olaraq ölkəni dolaşır”». 
Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, Sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, Ancaq dəhşət gəlir. 
Ya Rəbb, pisliyimizi, Atalarımızın təqsirkarlığını bilirik. Çünki Sənə qarşı günah etdik. 
		 |  |