|  | 
		Elə oldu ki, yeddinci ayda padşah nəslindən və əyanlarından olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə Mispaya, Axiqam oğlu Gedalyanın yanına gəldi. Orada birlikdə yemək yeyərkən 
Netanya oğlu İsmail və onunla birgə olan on nəfər qalxıb Babil padşahının ölkəyə başçı qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanı qılıncla vurub-öldürdülər. 
İsmail Mispada Gedalya ilə birgə olan bütün Yəhudiləri və oradakı Xaldey döyüşçülərini də öldürdü. 
Gedalyanın öldürülməsindən bir gün sonra, hələ heç kəs olanları bilməyərkən 
Şekemdən, Şilodan və Samariyadan saqqalları qırxılmış, paltarları cırıq, bədənlərinə yara vurmuş, Rəbbin məbədinə gətirmək üçün əllərində taxıl təqdimi və buxur olan səksən nəfər adam gəldi. 
		 |  |