|  | 
		Buna görə də qızğınlığım və qəzəbim daşıb-töküldü, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində od qaladı. Onlar bu gün olduğu kimi xaraba və viranə oldular”. 
İndi İsrailin Allahı – Ordular Allahı Rəbb belə deyir: “Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yəhuda içində qırıb-çatacağam ki, sizdən heç kəs sağ qalmasın. 
Sakin olmaq üçün gəldiyiniz Misir torpağında əlinizlə düzəltdiyiniz başqa allahlara buxur yandırmaqla Məni qəzəbləndirdiniz. Beləcə öz başınıza fəlakət gətirirsiniz. Dünyanın bütün millətlərinin qarşısında lənət və rüsvayçılıq hədəfinə çevriləcəksiniz. 
Yəhuda ölkəsində, Yerusəlim küçələrində atalarınızın, Yəhuda padşahlarının, onların arvadlarının, sizin və arvadlarınızın etdikləri pislikləri unutdunuzmu? 
Bu günə qədər itaətkarlıq etmədilər, qorxmadılar, qanunuma, sizə və atalarınıza verdiyim qaydalara əməl etmədilər”. 
		 |  |