|  | 
		Onun muzdlu əsgərləri də Bəslənmiş dana kimidir. Onlar üz çevirib birlikdə qaçdı, Yerlərində durmadı. Çünki fəlakətlərinin günü, Cəzalarının vaxtı gəlmişdi. 
Sürünən ilan kimi fışıltıları gəlir, Çünki ordu ilə irəliləyirlər, Ağac kəsənlər kimi ona qarşı Balta ilə gəlirlər. 
Keçilməz olsa da, Yenə meşəni kəsəcəklər” Rəbb belə bəyan edir. “Çünki onlar çəyirtkələrdən çoxdur, Hesaba gəlməzlər. 
Misir utandırılacaq, Şimal xalqına təslim ediləcək”. 
İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam. 
		 |  |