|  | 
		Çünki Babilə qarşı bir məhv edən çıxacaq, Döyüşçüləri əsir tutulacaq, Kamanları qırılacaq. Çünki Rəbb əvəz verən bir Allahdır, Mütləq cəzalandıracaq. 
Babil başçılarını, müdriklərini, Valilərini, vəkillərini, döyüşçülərini Elə sərxoş edəcəyəm ki, Əbədi yuxuya dalacaq, Heç vaxt oyanmayacaqlar» Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir. 
Ordular Rəbbi deyir: «Babilin qalın divarları yerlə yeksan ediləcək, Uca darvazaları oda veriləcək. Xalqlar boş-boşuna zəhmət çəkir, Ümmətlərin çəkdiyi əziyyət Oda təslim ediləcək». 
Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı. 
Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı. 
		 |  |