Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13  14  15  16  . . . 48   qeri  
  -1   [font10]   +1  
Иезекииль 11 [Russian:Azerbaycan]   
 
  1. И поднял меня дух, и привел меня к восточным воротам дома Господня, которые обращены к востоку. И вот, у входа в ворота двадцать пять человек; и между ними я видел Иазанию, сына Азурова, и Фалтию, сына Ванеева, князей народа.
  2. И Он сказал мне: сын человеческий! вот люди, у которых на уме беззаконие и которые дают худой совет в городе сем,
  3. говоря: 'еще не близко; будем строить домы; он котел, а мы мясо'.
  4. Посему изреки на них пророчество, пророчествуй, сын человеческий.
  5. И нисшел на меня Дух Господень и сказал мне: скажи, так говорит Господь: что говорите вы, дом Израилев, и что на ум вам приходит, это Я знаю.
  1. Ruh məni yerdən qaldırdı və şərqə yönəlmiş Rəbbin məbədinin şərq darvazasına gətirdi. Orada darvazanın girəcəyində iyirmi beş nəfər var idi. Mən onların arasında xalqın başçıları Azzur oğlu Yaazanyanı və Benaya oğlu Pelatyanı gördüm.
  2. Rəbb mənə dedi: «Ey bəşər oğlu, pis şeylər niyyət edən və bu şəhərdə bəd məsləhətlər verən adamlar bunlardır.
  3. Onlar “ev tikmək vaxtı deyil. Şəhər qazan, bizsə ətik” deyir.
  4. Buna görə də onlara qarşı peyğəmbərlik et, ey bəşər oğlu, peyğəmbərlik et».
  5. Rəbbin Ruhu üzərimə endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir: “Ey İsrail nəsli, siz nə deyirsiniz, nə düşünürsünüz, Mən bilirəm.
 
 
  1. Много убитых ваших вы положили в сем городе и улицы его наполнили трупами.
  2. Посему так говорит Господь Бог: убитые ваши, которых вы положили среди него, суть мясо, а он--котел; но вас Я выведу из него.
  3. Вы боитесь меча, и Я наведу на вас меч, говорит Господь Бог.
  4. И выведу вас из него, и отдам вас в руку чужих, и произведу над вами суд.
  5. От меча падете; на пределах Израилевых будут судить вас, и узнаете, что Я Господь.
  1. Bu şəhərdə çoxlu adam öldürdünüz, şəhərin küçələrini ölülərlə doldurdunuz”.
  2. Buna görə də Xudavənd Rəbb belə deyir: “Şəhərdə qoyduğunuz ölülər ət, şəhərsə qazandır. Ancaq Mən sizi şəhərdən çıxaracağam.
  3. Siz qılıncdan qorxursunuz, Mən də üstünüzə qılınc gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.
  4. “Mən sizi şəhərdən çıxarıb yadellilərə təslim edəcəyəm. Sizi beləcə cəzalandıracağam.
  5. Qılıncla həlak olacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
 
 
  1. Он не будет для вас котлом, и вы не будете мясом в нем; на пределах Израилевых буду судить вас.
  2. И узнаете, что Я Господь; ибо по заповедям Моим вы не ходили и уставов Моих не выполняли, а поступали по уставам народов, окружающих вас.
  3. И было, когда я пророчествовал, Фалтия, сын Ванеев, умер. И пал я на лице, и возопил громким голосом, и сказал: о, Господи Боже! неужели Ты хочешь до конца истребить остаток Израиля?
  4. И было ко мне слово Господне:
  5. сын человеческий! твоим братьям, твоим братьям, твоим единокровным и всему дому Израилеву, всем им говорят живущие в Иерусалиме: 'живите вдали от Господа; нам во владение отдана эта земля'.
  1. Bu şəhər sizə qazan olmayacaq, siz də onun içində ət olmayacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam.
  2. Onda biləcəksiniz ki, Rəbb Mənəm. Siz qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, ətrafınızda olan millətlərin hökmlərinə görə davrandınız”».
  3. Mən peyğəmbərlik edən zaman Benaya oğlu Pelatya öldü. Mən üzüstə yerə yıxıldım və ucadan fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Məgər Sən İsrailin yerdə qalanlarını tamamilə məhv edəcəksən?»
  4. Onda mənə Rəbbin bu sözü nazil oldu:
  5. «Öz qohum-əqrəbana, qəyyumlarına və bütün İsrail nəslinə gəlincə, ey bəşər oğlu, Yerusəlimdə yaşayanlar onların hamısına belə deyir: “Rəbdən uzaq olun. Bu ölkə mülk olaraq bizə verildi”.
 
 
  1. На это скажи: так говорит Господь Бог: хотя Я и удалил их к народам и хотя рассеял их по землям, но Я буду для них некоторым святилищем в тех землях, куда пошли они.
  2. Затем скажи: так говорит Господь Бог: Я соберу вас из народов, и возвращу вас из земель, в которые вы рассеяны; и дам вам землю Израилеву.
  3. И придут туда, и извергнут из нее все гнусности ее и все мерзости ее.
  4. И дам им сердце единое, и дух новый вложу в них, и возьму из плоти их сердце каменное, и дам им сердце плотяное,
  5. чтобы они ходили по заповедям Моим, и соблюдали уставы Мои, и выполняли их; и будут Моим народом, а Я буду их Богом.
  1. Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Onları uzaqdakı millətlərin arasına aparıb ölkələr arasına səpələdiyimə baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri ölkələrdə Müqəddəs məkan oldum”.
  2. Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm.
  3. Oraya qayıdanda bütün mənfur və iyrənc şeyləri o yerdən yox edəcəklər.
  4. Mən onlara eyni ürək verəcəyəm, onların daxilinə yeni ruh qoyacağam. Kökslərindən daş ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki,
  5. qaydalarıma əməl etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar Mənim xalqım, Mən də onların Allahı olacağam.
 
 
  1. А чье сердце увлечется вслед гнусностей их и мерзостей их, поведение тех обращу на их голову, говорит Господь Бог.
  2. Тогда Херувимы подняли крылья свои, и колеса подле них; и слава Бога Израилева вверху над ними.
  3. И поднялась слава Господа из среды города и остановилась над горою, которая на восток от города.
  4. И дух поднял меня и перенес меня в Халдею, к переселенцам, в видении, Духом Божиим. И отошло от меня видение, которое я видел.
  5. И я пересказал переселенцам все слова Господа, которые Он открыл мне.
  1. Ancaq ürəkləri öz mənfur və iyrənc şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
  2. Bu zaman keruvlar qanadlarını qaldırdı, təkərlər də onların yanında idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.
  3. Rəbbin izzəti şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində dayandı.
  4. Ruh məni qaldırıb Allahın Ruhundan gələn görüntüdə Xaldey ölkəsinə, sürgün olunanların yanına gətirdi. Sonra mənə görünən görüntü qeyb oldu.
  5. Rəbbin mənə göstərdiyi şeylərin hamısını sürgündə olanlara danışdım.
 
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13  14  15  16  . . . 48   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.