Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 7  8  9  10  11  12  13  14  15  16  17  18  . . . 48   qeri  
  -1   [font10]   +1  
YEZEKEL 13 [Azerbaycan:Russian]   
 
  1. Mənə Rəbbin bu sözü nazil oldu:
  2. «Ey bəşər oğlu, peyğəmbərlik edən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən peyğəmbərlik edən adamlara söylə ki, Rəbbin sözünü eşitsinlər.
  3. Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb.
  4. Ey İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənzəyir.
  5. Ey peyğəmbərlər, siz divarın dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail nəslinin ətrafında divar qurmadınız.
  1. И было ко мне слово Господне:
  2. сын человеческий! изреки пророчество на пророков Израилевых пророчествующих, и скажи пророкам от собственного сердца: слушайте слово Господне!
  3. Так говорит Господь Бог: горе безумным пророкам, которые водятся своим духом и ничего не видели!
  4. Пророки твои, Израиль, как лисицы в развалинах.
  5. В проломы вы не входите и не ограждаете стеною дома Израилева, чтобы твердо стоять в сражении в день Господа.
 
 
  1. Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək.
  2. Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”.
  3. Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib yalan şeylər gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan edir.
  4. “Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm.
  5. Bunu ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur.
  1. Они видят пустое и предвещают ложь, говоря: 'Господь сказал'; а Господь не посылал их; и обнадеживают, что слово сбудется.
  2. Не пустое ли видение видели вы? и не лживое ли предвещание изрекаете, говоря: 'Господь сказал', а Я не говорил?
  3. Посему так говорит Господь Бог: так как вы говорите пустое и видите в видениях ложь, за то вот Я--на вас, говорит Господь Бог.
  4. И будет рука Моя против этих пророков, видящих пустое и предвещающих ложь; в совете народа Моего они не будут, и в список дома Израилева не впишутся, и в землю Израилеву не войдут; и узнаете, что Я Господь Бог.
  5. За то, что они вводят народ Мой в заблуждение, говоря: 'мир', тогда как нет мира; и когда он строит стену, они обмазывают ее грязью,
 
 
  1. Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək.
  2. Bəs divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?”
  3. Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun.
  4. Beləcə suvaq vurduğunuz divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
  5. Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ona suvaq vuran İsrail peyğəmbərləri də.
  1. скажи обмазывающим стену грязью, что она упадет. Пойдет проливной дождь, и вы, каменные градины, падете, и бурный ветер разорвет ее.
  2. И вот, падет стена; тогда не скажут ли вам: 'где та обмазка, которою вы обмазывали?'
  3. Посему так говорит Господь Бог: Я пущу бурный ветер во гневе Моем, и пойдет проливной дождь в ярости Моей, и камни града в негодовании Моем, для истребления.
  4. И разрушу стену, которую вы обмазывали грязью, и повергну ее на землю, и откроется основание ее, и падет, и вы вместе с нею погибнете; и узнаете, что Я Господь.
  5. И истощу ярость Мою на стене и на обмазывающих ее грязью, и скажу вам: нет стены, и нет обмазывавших ее,
 
 
  1. O peyğəmbərlər Yerusəlim üçün peyğəmbərlik edir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür” Xudavənd Rəbb belə bəyan edir.
  2. Sən ey bəşər oğlu, öz-özlərindən peyğəmbərlik edən xalqının qadınlarına üzünü tut və onların əleyhinə peyğəmbərlik edib
  3. söylə ki, Xudavənd Rəbb belə deyir: “Canları ovlamaq üçün hər kəsin biləyinə yastıqçalar tikən və hər boyda olan adamın başına örtüklər düzəldən qadınların vay halına! Elə bilirsiniz ki, xalqımın canlarını ovlamaqla öz canınızı salamat saxlayacaqsınız?
  4. Xalqımın önündə bir neçə ovuc arpa və bir neçə parça çörək üçün Məni izzətdən saldınız. Yalana qulaq asan xalqıma yalan söyləyərək ölməyə layiq olmayanları öldürdünüz və yaşamağa layiq olmayanları yaşatdınız”.
  5. Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi Mən sizin ovsun yastıqçalarınıza qarşıyam. Həmin yastıqçalarla siz orada adamları quş kimi ovlayırsınız. Mən onları qollarınızdan qoparacağam. Quş kimi ovladığınız adamları azad edəcəyəm.
  1. пророков Израилевых, которые пророчествовали Иерусалиму и возвещали ему видения мира, тогда как нет мира, говорит Господь Бог.
  2. Ты же, сын человеческий, обрати лице твое к дщерям народа твоего, пророчествующим от собственного своего сердца, и изреки на них пророчество,
  3. и скажи: так говорит Господь Бог: горе сшивающим чародейные мешочки под мышки и делающим покрывала для головы всякого роста, чтобы уловлять души! Неужели, уловляя души народа Моего, вы спасете ваши души?
  4. И бесславите Меня пред народом Моим за горсти ячменя и за куски хлеба, умерщвляя души, которые не должны умереть, и оставляя жизнь душам, которые не должны жить, обманывая народ, который слушает ложь.
  5. Посему так говорит Господь Бог: вот, Я--на ваши чародейные мешочки, которыми вы там уловляете души, чтобы они прилетали, и вырву их из-под мышц ваших, и пущу на свободу души, которые вы уловляете, чтобы прилетали к вам.
 
 
  1. Örtüklərinizi də yırtacaq və xalqımı əlinizdən qurtaracağam. Onlar daha bir ov kimi sizin əlinizdə əsir olmayacaq. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
  2. Mənim kədərlənməsini istəmədiyim salehin ürəyini siz yalanlarla kədərləndirdiniz, pis adamın qoluna güc verdiniz ki, öz pis yolundan dönməsin və canını qurtarmasın.
  3. Buna görə də artıq boş görüntülər görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
  1. И раздеру покрывала ваши, и избавлю народ Мой от рук ваших, и не будут уже в ваших руках добычею, и узнаете, что Я Господь.
  2. За то, что вы ложью опечаливаете сердце праведника, которое Я не хотел опечаливать, и поддерживаете руки беззаконника, чтобы он не обратился от порочного пути своего и не сохранил жизни своей, --
  3. за это уже не будете иметь пустых видений и впредь не будете предугадывать; и Я избавлю народ Мой от рук ваших, и узнаете, что Я Господь.
 
   
  irəli  1  . . . 7  8  9  10  11  12  13  14  15  16  17  18  . . . 48   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.