|
- Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək.
- Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”.
- Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib yalan şeylər gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan edir.
- “Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm.
- Bunu ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur.
|
|