|
- bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar, ölkə isə xaraba qalar.
- Yaxud o ölkənin üzərinə qılınc gətirsəm və ona ‹ey qılınc, ölkəni qırıb keç› deyərək insanı və heyvanı oradan silib atsam,
- bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar.
- Yaxud o ölkəyə vəba göndərsəm, qan tökməklə onun üstünə qəzəbimi yağdıraraq insanı və heyvanı oradan silib atsam,
- Nuh, Daniel və Əyyub orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, salehlikləri ilə yalnız öz canlarını qurtarar”.
|
|