Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 10  11  12  13  14  15  16  17  18  19  20  21  . . . 48   qeri  
  -1   [font12]   +1  
YEZEKEL 16 [Azerbaycan:NIV]   
 
  1. Mənə Rəbbin bu sözü nazil oldu:
  2. «Ey bəşər oğlu, murdar əməllərini Yerusəlimə bildirib söylə ki,
  3. Xudavənd Rəbb Yerusəlimə belə deyir: “Əslin və mənşəyin Kənan torpağındandır: atan Emorludur, anan isə Xetli.
  4. Doğulduğun gün göbək bağın kəsilmədi, səni su ilə yuyub təmizləmədilər, duzla ovulmadın və qundağa bələnmədin.
  5. Heç kəs sənə şəfqətlə baxmadı, rəhm etmədi ki, bunların birini sənə etsin. Doğulduğun gün səndən iyrəndikləri üçün çölə atıldın.
  1. The word of the LORD came to me:
  2. "Son of man, confront Jerusalem with her detestable practices
  3. and say, 'This is what the Sovereign LORD says to Jerusalem: Your ancestry and birth were in the land of the Canaanites; your father was an Amorite and your mother a Hittite.
  4. On the day you were born your cord was not cut, nor were you washed with water to make you clean, nor were you rubbed with salt or wrapped in cloths.
  5. No one looked on you with pity or had compassion enough to do any of these things for you. Rather, you were thrown out into the open field, for on the day you were born you were despised.
 
 
  1. Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən sənə ‹Yaşa!› dedim.
  2. Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddi-büluğa çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin.
  3. Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. Mən sənin üstünə ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun.
  4. Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim.
  5. Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni ipəklərlə örtdüm.
  1. " 'Then I passed by and saw you kicking about in your blood, and as you lay there in your blood I said to you, "Live!"
  2. I made you grow like a plant of the field. You grew up and developed and became the most beautiful of jewels. Your breasts were formed and your hair grew, you who were naked and bare.
  3. " 'Later I passed by, and when I looked at you and saw that you were old enough for love, I spread the corner of my garment over you and covered your nakedness. I gave you my solemn oath and entered into a covenant with you, declares the Sovereign LORD, and you became mine.
  4. " 'I bathed you with water and washed the blood from you and put ointments on you.
  5. I clothed you with an embroidered dress and put leather sandals on you. I dressed you in fine linen and covered you with costly garments.
 
 
  1. Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım.
  2. Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum.
  3. Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin.
  4. Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.
  5. “Ancaq sən gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik etdin, hər yoldan keçənə özünü təslim edib pozğunluq etdin.
  1. I adorned you with jewelry: I put bracelets on your arms and a necklace around your neck,
  2. and I put a ring on your nose, earrings on your ears and a beautiful crown on your head.
  3. So you were adorned with gold and silver; your clothes were of fine linen and costly fabric and embroidered cloth. Your food was fine flour, honey and olive oil. You became very beautiful and rose to be a queen.
  4. And your fame spread among the nations on account of your beauty, because the splendor I had given you made your beauty perfect, declares the Sovereign LORD.
  5. " 'But you trusted in your beauty and used your fame to become a prostitute. You lavished your favors on anyone who passed by and your beauty became his.
 
 
  1. Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq.
  2. Mənim sənə verdiyim qızıl-gümüşümdən hazırlanan zinətlərini götürüb özünə kişi surətləri düzəltdin və onlarla pozğunluq etdin.
  3. Əlvan naxışlı paltarını götürüb onların üstünə örtdün, zeytun yağımı və buxurumu onların önünə qoydun.
  4. Sənə verdiyim çörəyimi, sənə yedirdiyim narın unu, zeytun yağını və balı da ətirli buxur olaraq onların önünə qoydun. Bu iş baş verdi” Xudavənd Rəbb belə bəyan edir.
  5. “Mənim üçün doğduğun oğul və qızlarını götürüb bütlərə yemək olsun deyə qurban etdin. Fahişəliyin az idi ki,
  1. You took some of your garments to make gaudy high places, where you carried on your prostitution. Such things should not happen, nor should they ever occur.
  2. You also took the fine jewelry I gave you, the jewelry made of my gold and silver, and you made for yourself male idols and engaged in prostitution with them.
  3. And you took your embroidered clothes to put on them, and you offered my oil and incense before them.
  4. Also the food I provided for you--the fine flour, olive oil and honey I gave you to eat--you offered as fragrant incense before them. That is what happened, declares the Sovereign LORD.
  5. " 'And you took your sons and daughters whom you bore to me and sacrificed them as food to the idols. Was your prostitution not enough?
 
 
  1. hələ övladlarımı da kəsdin və onları bütlərə təqdim etdin?
  2. Bütün iyrənc işlərini və fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və çılpaq idin, öz qanın içində qımıldanırdın”.
  3. Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən bütün pis əməllərindən sonra
  4. özünə fahişəlik yuvaları qurdun və hər meydanda səcdəgahlar düzəltdin.
  5. Hər yolun başında öz səcdəgahlarını düzəltdin. Öz gözəlliyini murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın və fahişəliyini artırdın.
  1. You slaughtered my children and sacrificed them to the idols.
  2. In all your detestable practices and your prostitution you did not remember the days of your youth, when you were naked and bare, kicking about in your blood.
  3. " 'Woe! Woe to you, declares the Sovereign LORD. In addition to all your other wickedness,
  4. you built a mound for yourself and made a lofty shrine in every public square.
  5. At the head of every street you built your lofty shrines and degraded your beauty, offering your body with increasing promiscuity to anyone who passed by.
 
 
  1. Cinsiyyət üzvləri böyük olan qonşuların Misirlilərlə pozğunluq etdin, Məni qəzəbləndirmək üçün fahişəliyini artırdın.
  2. Buna görə də əlimi sənə qarşı uzadıb sənə təyin olunan yeməyi azaltdım. Sənə nifrət edən Filişt qızları səninlə istədikləri kimi rəftar etsinlər deyə səni onlara təslim etdim. Hətta onlar sənin əxlaqsız əməllərindən utanır.
  3. Aşşurlularla da pozğunluq etdin, çünki doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi.
  4. Öz pozğunluğunu ticarət ölkəsi olan Xaldey torpağına qədər yaydın, ancaq bu da sənə kifayət etmədi”.
  5. Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın.
  1. You engaged in prostitution with the Egyptians, your lustful neighbors, and provoked me to anger with your increasing promiscuity.
  2. So I stretched out my hand against you and reduced your territory; I gave you over to the greed of your enemies, the daughters of the Philistines, who were shocked by your lewd conduct.
  3. You engaged in prostitution with the Assyrians too, because you were insatiable; and even after that, you still were not satisfied.
  4. Then you increased your promiscuity to include Babylonia, a land of merchants, but even with this you were not satisfied.
  5. " 'How weak-willed you are, declares the Sovereign LORD, when you do all these things, acting like a brazen prostitute!
 
 
  1. Hər yolun başında fahişəlik yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə xor baxdın.
  2. Zina edən, ərinin əvəzinə yadları qəbul edən bir qadın oldun.
  3. Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün oynaşlarına sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin yanına gəlsinlər və səninlə pozğunluq etsinlər.
  4. Fahişəlik etməkdə başqa qadınlara bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik edəsən, əksinə, bunun üçün sən hədiyyə verirsən, sənə hədiyyə verilmir. Bu cəhətdən başqalarına bənzəmirsən”.
  5. Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as.
  1. When you built your mounds at the head of every street and made your lofty shrines in every public square, you were unlike a prostitute, because you scorned payment.
  2. " 'You adulterous wife! You prefer strangers to your own husband!
  3. Every prostitute receives a fee, but you give gifts to all your lovers, bribing them to come to you from everywhere for your illicit favors.
  4. So in your prostitution you are the opposite of others; no one runs after you for your favors. You are the very opposite, for you give payment and none is given to you.
  5. " 'Therefore, you prostitute, hear the word of the LORD!
 
 
  1. Xudavənd Rəbb belə deyir: “Həyasızlığın aşkara çıxdığı üçün, oynaşlarınla fahişəlik edərkən çılpaqlığın açıldığı üçün, bütün iyrənc bütlərindən və onlara qurban verdiyin oğullarının qanından ötrü –
  2. bütün bunlara görə əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam. Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər.
  3. Zina edən və qan tökən qadınlara verilən cəza ilə səni cəzalandıracaq, qanlı qəzəbimə və qısqanclığıma təslim edəcəyəm.
  4. Səni oynaşlarının əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq, səcdəgahlarını uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən alacaq, səni lüt və çılpaq qoyacaqlar.
  5. Camaatı üzərinə qaldıracaq, səni daşqalaq edəcək və qılıncları ilə parça-parça doğrayacaqlar.
  1. This is what the Sovereign LORD says: Because you poured out your wealth and exposed your nakedness in your promiscuity with your lovers, and because of all your detestable idols, and because you gave them your children's blood,
  2. therefore I am going to gather all your lovers, with whom you found pleasure, those you loved as well as those you hated. I will gather them against you from all around and will strip you in front of them, and they will see all your nakedness.
  3. I will sentence you to the punishment of women who commit adultery and who shed blood; I will bring upon you the blood vengeance of my wrath and jealous anger.
  4. Then I will hand you over to your lovers, and they will tear down your mounds and destroy your lofty shrines. They will strip you of your clothes and take your fine jewelry and leave you naked and bare.
  5. They will bring a mob against you, who will stone you and hack you to pieces with their swords.
 
 
  1. Evlərinə od vuracaq, çoxlu qadının gözü önündə səni cəzalandıracaqlar. Fahişəliyinə son qoyacağam və daha oynaşlarına hədiyyə verməyəcəksən.
  2. Beləcə sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı söndürəcəyəm. Mən susacağam və bir daha qəzəblənməyəcəyəm.
  3. İndi ki sən cavanlıq günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin, Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi?
  4. Bax məsəl söyləyən hər kəs sənə qarşı bu məsəli deyəcək: ‹Anası necədirsə, qızı da elədir›.
  5. Sən ərindən və övladlarından ikrah edən ananın qızısan, sən ərlərindən və övladlarından ikrah edən bacılarının bacısısan. Ananız Xetli, atanız isə Emorlu idi.
  1. They will burn down your houses and inflict punishment on you in the sight of many women. I will put a stop to your prostitution, and you will no longer pay your lovers.
  2. Then my wrath against you will subside and my jealous anger will turn away from you; I will be calm and no longer angry.
  3. " 'Because you did not remember the days of your youth but enraged me with all these things, I will surely bring down on your head what you have done, declares the Sovereign LORD. Did you not add lewdness to all your other detestable practices?
  4. " 'Everyone who quotes proverbs will quote this proverb about you: "Like mother, like daughter."
  5. You are a true daughter of your mother, who despised her husband and her children; and you are a true sister of your sisters, who despised their husbands and their children. Your mother was a Hittite and your father an Amorite.
 
 
  1. Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan Samariyadır. Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur.
  2. Ancaq sən onların yolları ilə də getmədin, onların etdiyi iyrənc işlər qədər də etmədin. Bütün bunları kiçik bir iş sayıb öz əməllərində onlardan da pozğun oldun.
  3. Varlığıma and olsun” bəyan edir Xudavənd Rəbb, “bacın Sodomla qızları səninlə qızlarının etdiyi işləri etmədi.
  4. Bacın Sodomun və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və qayğısızlıq içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar.
  5. Qürurlanıb Mənim önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onları rədd etdim.
  1. Your older sister was Samaria, who lived to the north of you with her daughters; and your younger sister, who lived to the south of you with her daughters, was Sodom.
  2. You not only walked in their ways and copied their detestable practices, but in all your ways you soon became more depraved than they.
  3. As surely as I live, declares the Sovereign LORD, your sister Sodom and her daughters never did what you and your daughters have done.
  4. " 'Now this was the sin of your sister Sodom: She and her daughters were arrogant, overfed and unconcerned; they did not help the poor and needy.
  5. They were haughty and did detestable things before me. Therefore I did away with them as you have seen.
 
 
  1. Samariya sənin etdiyin günahların yarısını belə, etməmişdi. İyrənc işlərdə onları da ötüb keçdin. Beləcə etdiyin iyrənc işlərlə bacılarını saleh kimi göstərdin.
  2. Sən də öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını təmizə çıxardın. Etdiyin günahlar onlarınkından da iyrənc olduğuna görə onlar səndən saleh göründü. Xəcalətindən utan, öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını saleh kimi göstərdin.
  3. Sodomdan və onun qızlarından sürgün olunmuşları, Samariyadan və onun qızlarından sürgün olunmuşları, onlarla birgə səndən sürgün olunmuşları yenidən öz yerlərinə qaytaracağam.
  4. Onda öz rüsvayçılığının yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən onlara təsəlli oldun.
  5. Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, Samariya ilə qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız.
  1. Samaria did not commit half the sins you did. You have done more detestable things than they, and have made your sisters seem righteous by all these things you have done.
  2. Bear your disgrace, for you have furnished some justification for your sisters. Because your sins were more vile than theirs, they appear more righteous than you. So then, be ashamed and bear your disgrace, for you have made your sisters appear righteous.
  3. " 'However, I will restore the fortunes of Sodom and her daughters and of Samaria and her daughters, and your fortunes along with them,
  4. so that you may bear your disgrace and be ashamed of all you have done in giving them comfort.
  5. And your sisters, Sodom with her daughters and Samaria with her daughters, will return to what they were before; and you and your daughters will return to what you were before.
 
 
  1. Pisliyin üzə çıxmadan, qürurlu olduğun günlərdə bacın Sodomun adını çəkməzdin.
  2. İndi sən ətrafındakıların hamısı ilə birgə Aram qızları və Filişt qızları – səni təhqir edən ətraf xalqlar tərəfindən rüsvay edilirsən.
  3. Sən pozğunluğunun və iyrənc əməllərinin cəzasını çəkəcəksən” Rəbb belə bəyan edir.
  4. Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi pozub anda xor baxdın. Buna görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm.
  5. Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.
  1. You would not even mention your sister Sodom in the day of your pride,
  2. before your wickedness was uncovered. Even so, you are now scorned by the daughters of Edom and all her neighbors and the daughters of the Philistines--all those around you who despise you.
  3. You will bear the consequences of your lewdness and your detestable practices, declares the LORD.
  4. " 'This is what the Sovereign LORD says: I will deal with you as you deserve, because you have despised my oath by breaking the covenant.
  5. Yet I will remember the covenant I made with you in the days of your youth, and I will establish an everlasting covenant with you.
 
 
  1. Səndən böyük və səndən kiçik bacılarını yanına aldığın zaman öz əməllərini yada salıb utanacaqsan. Qızların olmaq üçün onları sənə verəcəyəm, amma səninlə bağladığım əhddə bu yox idi.
  2. Səninlə yenidən əhd bağlayacağam və biləcəksən ki, Rəbb Mənəm.
  3. Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd Rəbb belə bəyan edir».
  1. Then you will remember your ways and be ashamed when you receive your sisters, both those who are older than you and those who are younger. I will give them to you as daughters, but not on the basis of my covenant with you.
  2. So I will establish my covenant with you, and you will know that I am the LORD.
  3. Then, when I make atonement for you for all you have done, you will remember and be ashamed and never again open your mouth because of your humiliation, declares the Sovereign LORD.' "
 
   
  irəli  1  . . . 10  11  12  13  14  15  16  17  18  19  20  21  . . . 48   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.