|   | 
	
		
		- Hər yolun başında fahişəlik yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə xor baxdın. 
 - Zina edən, ərinin əvəzinə yadları qəbul edən bir qadın oldun. 
 - Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün oynaşlarına sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin yanına gəlsinlər və səninlə pozğunluq etsinlər. 
 - Fahişəlik etməkdə başqa qadınlara bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik edəsən, əksinə, bunun üçün sən hədiyyə verirsən, sənə hədiyyə verilmir. Bu cəhətdən başqalarına bənzəmirsən”. 
 - Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as. 
		
   | 
	  |